28.09.2022 14:17

Əliyev Şuşada yeni inşa olunan bir sıra obyektlərdə işlərin gedişi ilə tanış olub

Prezident İlham Əliyev Şuşa şəhərində inşa olunan yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilib.

Əliyev, həmçinin Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Şuşa hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Mehmandarovların malikanə kompleksində aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub.

Dövlət başçısına Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil kommunal və təmir xidmətinin inzibati binasında görüləcək əsaslı təmir işləri barədə də məlumat verilib.*

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.