Azərbaycanın İsveç, Finlandiya və Norveçdəki səfiri Zaur Əhmədov etimadnaməsini Finlandiya prezidenti Sauli Niinistöyə təqdim edib.
Səfir bu barədə “Twitter” hesabında yazıb.
“Etimadnaməmi Finlandiya Respublikasının prezidenti Zati aliləri cənab Sauli Niinistöyə təqdim etmək şərəfinə nail oldum. Azərbaycanı Finlandiyada təmsil etmək mənim üçün böyük şərəf və fəxrdir”, - deyə Z.Əhmədov qeyd edib.*
R.Əhmədov