30.09.2022 16:33

Yerüstü Nəqliyyat Agentliyi Azərbaycanın cənubuna şəhərlərarası müntəzəm avtobus marşrutları üzrə daşıyıcılar seçir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı – Astara – Bakı, Bakı – Lənkəran – Bakı, Astara – Bakı – Astara və Lənkəran – Bakı – Lənkəran şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə şərtlərinə əsasən, Bakı – Astara – Bakı, Bakı – Lənkəran – Bakı və Lənkəran – Bakı – Lənkəran istiqaməti üzrə daşıyıcıların hərəsinin ən azı 2, Astara – Bakı – Astara istiqaməti üzrə isə daşıyıcıların ən azı 3 kiçik, orta və böyük tutumlu avtobusu olmalıdır.

İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri oktyabrın 27-si saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə noyabrın 10-u saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə təqdim etməlidirlər.

Təkliflər Bakı – Astara – Bakı və Astara – Bakı – Astara istiqamətlərində ilk 5 Lot üzrə noyabrın 24-ü, Bakı – Lənkəran – Bakı və Lənkəran – Bakı – Lənkəran istiqamətlərində 4 Lot üzrə noyabrın 25-i açılacaq.*

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.