Azərbaycanda koronavirus infeksiyasına 129 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 821 min 440-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 149 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 917 nəfərə çatıb.
Virusa yoluxmuş 810 min 587 nəfər (sutka ərzində +213) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 936 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 400 (ötən gün 2 min 456 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 249 min 967 test aparılıb.*
X.Nəsirzadə