Sentyabrın 29-30-da İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) təşkilatçılığı və Medianın İnkişafı Agentliyinin dəstəyi ilə jurnalistlər üçün “Azərbaycanda dövlət tərəfindən həyata keçirilən yaşayış maliyyəsi və kredit zəmanət mexanizmləri” mövzusunda təlim keçirilib.
Tədbirdə “Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi”, “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə zəmanət və subsidiya verilməsi” və s. mövzularda təqdimatlar edilib.
Sonda media nümayəndələrinə təlimdə iştirak haqqında sertifikatlar təqdim edilib.*
X.Nəsirzadə