“Azərişıq” ASC Neftçala rayonunun 5 kəndində paylayıcı elektrik şəbəkələrində itkilərin azaldılmasına yönələn işlərə 5 milyon manatdan çox vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən məlumat verir ki, “Azərişıq” 5 milyon 24,295 min manat ümumi məbləğdə iki müqavilə imzalayıb.
Birinci müqavilə "SMART ENERGY SERVİCES" MMC ilə imzalanıb. Müqavilə paylayıcı elektrik şəbəkələrində itkilərin azaldılması məqsədilə Neftçala rayonu Qaraqaşlı, Beşdəli, Cəngən, Ərəbqardaşbəyli, kəndləri əzisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işlərini nəzərdə tutur.
Müqavilənin dəyəri – 3 milyon 294 964 manat təşkil edir.
İkinci müqavilə tenderində "İTES COMPANY" QSC ilə imzalanıb. Müqavilə Neftçala rayonu, Xolqaraqaşlı kəndi ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulmasını nəzərdə tutur.
Müqavilənin dəyəri - 1 milyon 729 min 331 manatdır. **
B.Rüstəmbəyov