Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva çərşənbə axşamı Ağdam rayonuna səfər ediblər.
“Prezident yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub”, - dövlət başçısının saytında məlumat verilir.
Səfər zamanı prezident Əliyev və birinci xanım Ağdam rayonunun Ey.azanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, “City Hotel Agdam” mehmanxanasının təməlqoyma mərasimlərində iştirak ediblər.
Bundan əlavə, dövlət başçısı və birinci xanım Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak ediblər. **
N.Abbasova