ABŞ dövlət katibi Antoni Blinken oktyabrn 2-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhin Bayramov və Ararat Mirzoyanın Cenevrədə keçirdiyi görüşü «Bakı və İrəvanın sülh prosesində vacib addım» hesab edir.
“İnterfaks-Azərbaycan” ABŞ Dövlət Departamentinin şərhinə istinadən məlumat verir ki, Blinken çərşənbə axşamı Azərbaycan və Ermənistan XİN başçıları ilə telefon danışığı zamanı “oktyabrın 2-də nazirlərin (Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - IF) keçiriən görüşünü alqışlayıb, bunu sülh prosesində irəliyə doğru vacib addım kimi dəyərləndirib”.
«Telefon danışığı zamanı Blinken Ermənistan və Azərbaycanın möhkəm sülhə nail olmaq üçün atdığı müsbət addımlara görə minnətdarlığını bildirib», - deyə Dövlət Departamenti vurğulayır. **
R.Kərimov