Azərbaycanda koronavirus infeksiyasına 108 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 821 min 865-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 96 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər (ötən gün 2 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 925 nəfərə çatıb.
Virusa yoluxmuş 811 min 228 nəfər (sutka ərzində +168) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 712 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 863 (ötən gün 3 min 860 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 264 min 95 test aparılıb.**
B.Rüstəmbəyov