Avropa İttifaqı cari il oktyabrın sonunadək Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın üçüncü iclasının keçirilməsi üzərinə işləyir. Bu barədə çərşənbə günü Avropa İttifaqının(Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali NümayəndəsiCozep Borrell məlumat verib.
“Biz bu ayın sonunadək “sərhəd komissiyasının” görüşünün kçeirilməsi üzərində işləyirik”, - “İnterfaks-Azərbaycan” Borrelin sözlərindən sitat gətirir.
Oktyabrın 2-də Cenevrədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanla görüşü zamanı dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın üçüncü iclasını öncə planlaşdırıldığı kimi noyabr ayında deyil, oktyabrda keçirməyi təklif edib.
Razılığa əsasən, komissiyanın iclası Brüsseldə keçirilməlidir. **
R.Kərimov