2020-ci ilin payızında 44 günlük müharibə dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələri və infrastruktur obyektlərinin atəşə tutulması nəticəsində 93 dinc sakin həlak olub, vurulmuş iqtisadi ziyan 47,5 milyon manat təşkil edib.
Bu barədə cümə axşamı Baş Prolurorluğun birifinqində məlumat verilib.
Məlumata görə, 2020-ci sentaybrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın 17 rayonunu və 3 şəhərini atəşə tutub.
Yaşayış məntəqələrinin, infrastruktur obyektlərinin, əhalinin sıx yaşayış yerlərinin atəşə tutulması nəticəsində 93 mülki vətəndaş həlak olub. Bundan başqa, 454 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Baş Prokurorluq qeyd edir ki, Azərbaycanın 14 şəhər və rayonuna, o cümlədən, Gəncə, Bərdə və Tərtər şəhərlərinə raket zərbələri endirib
«Nəticədə, 14,724 min tikiliyə 47,503 milyon manat dəyərində ziyan dəyib», - Prokurorluqdan vurğulanıb. **
B.Rüstəmbəyov