Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, müəyyən şərtlərlə 2022-ci ilin sonunadək Ermənistanla sülh müqaviləsi imzalana bilər.
“Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir. Xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, amma hesab edirəm ki, bu (görüş - İF), müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik”, - Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın təqdim etdiyi beş prinsiplə bağlı nə Ermənistanın, nə də Avropa Şurasının heç bir sualı yoxdur. “Bu gün Fransa prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir”, - Azərbaycan prezidenti əlavə edib. **
A.Əzizov