Azərbaycanın energetika naziri Pərviz Şahbazov şənbə günü Gürcüstanın baş naziri İralki Qaribaşvili ilə görüş barədə məlumat verib.
“Baş nazir İrakli Qaribaşvili ilə görüşdə strateji Azərbaycan-Gürcüstan münasibətlərinin gücləndirilməsindən danışdıq. Baş nazir Azərbaycanı Gürcüstanın əsas enerji təchizatçısı və etibarlı tərəfdaşı adlandırdı”, - Şahbazov Twitter hesabında yazıb.
Cümə günü Şahbazov Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin dəvəti ilə bu ölkəyə ikigünlük səfərə gəlib. **
R.Kərimov