Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun Suarası kəndində cümə günü mina partması nəticəsoində xəsarət alan iki nəfərdən biri vəfat edib. Bu barədə şənbə günü Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidməti məlumat verib.
“Minalı ərazidə baş verən hadisə nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Elsəvər Həmidov həlak olub”, - məlumatda deyilir.
Qeyd olunub ki, 1977-ci il təvəllüdlü Səbuhi Həsənov bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.
Xəbər verildiyi kimi, son 30 il ərzində Azərbaycanda Ermənistan tərəfindən basdırılmış mina partlaması zamanı xəsarət alan və həlak olan şəxslərin sayı 3 min 300 nəfərdən çoxdur. Onlardan 250 nəfərdən çoxu 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra minaya düşüb. **
R.Kərimov