Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hələlik yoxdur, onun tərkibi barədə söz açmaq tezdir. Bu barədə RF prezidenti Vladimir Putin bəyan edib.
“Sülh müqaviləsi ilə bağlı – o, hələlik yoxdur. Və burada həmin sənədin əsas tərkib hissəsi barədə danışmaq tezdir, çünki bu hər halda, yəgin ki, əgər hər iki tərəf istərsə, bizim ölkənin də vasitəçiliyi ilə əldə olunmalı olacaq güzəştlər predmetidir”, - Putin üçtərəfli danışıqların yekunlarına dair mətbbuat konfransında deyib. **