Qoşulmama Hərəkatanın sammiti 2023-cü ilin mart ayında keçiriləcək. Bunu Prezident İlham Əliyev deyib.
“Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir. Təşkilata sədrliyimiz 2023-cü ilin sonuna qədər nəzərdə tutulub. Biz təşkilatın sammitini gələn ilin mart ayında təşkil etməyi planlaşdırırıq”, - deyə Əliyev bu gün Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci sammitinin açılış mərasimində çıxışı zamanı bildirib.
Prezident qeyd edib ki, Azərbaycan Ərəb Dövlətləri Liqası və təşkilata üzv ölkələrlə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. “Azərbaycan 2006-cı ildən Ərəb Dövlətləri Liqasında müşahidəçi statusuna malikdir və biz əməkdaşlığı genişləndirmək istəyirik. Biz, həmçinin təşkilat ölkələri ilə ikitərəfli əməkdaşlığın inkişafına böyük önəm veririk”, - deyə o vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan İslam həmrəyliyi işinə töhfə verir.*
A.Əzizov