10.11.2022 14:30

10 ay ərzində Azərbaycan ASK məhsularının ixracını 11% artırıb

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın dəyəri$672,1milyon təşkil edib, bu da 2021-ci ilin 10 ayının göstəricisindən 11% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzindən məlumat verilir.

Ümumi həcmdən $528 milyon (+6,9%) aqrar məhsullarının ixracı, $144,1 milyon (+29%) aqrar-sənaye məhsullarının ixracının payına düşüb.

Mərkəz qeyd edir ki, ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,5%-ni təşkil edib.

Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-oktyabr aylarının yekunları üzrə Azərbaycandan qeyri-neft ixracı $2 milyard 385,99 milyon təşkil edib, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 16,2% çoxdur.

2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı rekord $2,7 milyard təşkil edib, bu da 2020-ci ilin göstəricisindən 47,2% çoxdur. İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2027-ci ilə qədər qeyri-neft ixracının həcmi $5 milyardadək artacaq. **

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.