ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla İrəvan-Bakı münasibətlərinin normallaşmasını müzakirə edib.
“Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar. Blinken ABŞ-ın iki ölkə arasında əlaqələrin normallaşması üçün dəstəyini davam etdirməyə hazır olduğunu bildirib”, - deyə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.
Blinken və Paşinyan regionda təhlükəsizlik və sabitlik səviyyəsinin artırılmasına yönəlmiş addımların müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.*