ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Ermənistanla danışıqlar prosesini davam etdirməyə çağırıb. Bu barədə çərşənbə günü Dövlət Departamenti məlumat verir.
“Dövlət katibi vurğulayıb ki, ABŞ sülh yolu ilə həll prosesini dəstəkləyir və hər iki tərəfi Vaşinqtonda əldə olunan razılaşmalara əsasən gələcəkdə danışıqları planlaşdırmağa çağırıb”, - məlumatda deyilir.
“Blinken prezident Əliyev ilə söhbət əsnasında atəşkəsə riayət etməyə, təxribatlardan çəkinməyə, eyni zamanda sülh üçün şəraitin yaradılması məqsədilə Ermənistanla etimadın möhkəmlənməsi tədbirlərini öyrənməyə çağırıb”, - Dövlət Departamenti vurğulayır. **