İsrailin baş naziri Yair Lapid Azərbaycanın İsraildə səfirlik açmaqla bağlı qərarın alqışlayıb.
“Prezident İlham Əliyevə təşəkkür etmək və İsrail dövlətində ilk dəfə təmsil olunacaq Azərbaycan xalqını təbrik etmək istərdim”, - Lapid Twitter hesabında yazıb.
Lapid əlavə edib: “Azərbaycan parlamentinin İsraildə səfirlik açmaqla əlaqədar qərarını alqışlayıram. Azərbaycanın İsrailin vacib tərəfdaşı və müsəlman dünyasında ən iri yəhudi cəmiyyətlərindən biridir. Səfirliyin açılması qərarı ölkələrimiz arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım müsəlman dünyası ilə möhkəm siyasi körpülərin salnması üzrə İsrail hökumətinin səylərinin nəticəsidir”.
Xəbər verildiyi kimi, Milli Məclis cümə günü keçirilən plenar iclasda "Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında" qanunu qəbul edib. Səfirlik Tel-Əviv şəhərində açılacaq. **
A.Əzizov