2022-ci ilin yanvar-oktyabr aylarında pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 12% artaraq 371 manata çatıb. Bu barədə şənbə günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilir.
“O cümlədən, 2022-ci ilin 10 ayında yaşa görə pensiyaların orta aylıq məbləği 11% faiz artaraq 399 manat təşkil edib”, - məlumatda deyilir.