22.11.2022 16:36

Elm və Təhsil Nazirliyi Nəzdində İdarə robotların və STEAM təhsil üçün avadanlıqların alışına 1,8 milyon manatdan artıq vəsait sərf edəcək

Elm və Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi STAEM təhsil üçün avadanlıqların satınalınmasına 1,8 milyon manatdan artıq vəsait yönəldəcək.

“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, “Edumedia-Azərbaycan” MMC ilə 1 milyon 822 min 43,9 manat dəyərində işlərin yerinə yetirilməsinə dair müqavilə imzalanıb.

Həmçinin, müqavilə tədris məqsədilə insanabənzər robotların tədarükünü nəzərdə tutur. **

R.Kərimov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.