Azərbaycanda koronavirus infeksiyasına 49 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 824 min 82-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 58 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma sayı 15,5%-dək azalıb.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (ötən gün 2 nəfər vəfat edib). Ölənlərin ümumi sayı 9 min 975 nəfər təşkil edir.
Virusa yoluxmuş 813 min 828 nəfər (sutka ərzində +43) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 279 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 329 (ötən gün 2 min 314 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 363 min 574 test aparılıb.*
R.Kərimov