Azərbaycanın və Serbiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və İvitsa Daçiç çərşənbə günü Belqradda ikitərəfli əməkdaşlığın perspektivləri, o cümlədən Balkanlarda və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
“Bu gün (çərşənbə günü – İF-Az) Serbiyanın baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç Azərbaycanın XİN başçısı Ceryhun Bayramovla iki ölkə arasında əməkdaşlığın gələcək inkişafı imkanlarını müzakirə edib”, - “İnterfaks-Azərbaycan” Serbiya XİN-ə istinadən məlumat verir.
Qeyd olunur ki, tərəflər siyasi və iqtisadi məsələləri, Balkanlarda və Qafqzdakı vəziyyəti, o cümlədən aktual beynəlxalq problemləri müzakirə ediblər.
Daçiç Serbiya ilə Azərbaycan arasında münasibətləri dost və tərəfdaşlıq adlandırıb. O, təmasların davam etdirilməsi və əməkdaşlığın inkişafına ümid ifadə edib.
“Tərəflər ikitərəfli əməkdaşlığın inkişafı üçün çoxsaylı imkanları qeyd ediblər”, - Serbiya XİN-dən vurğulanıb. **
R.Kərimov