Azərbaycanda koronavirus infeksiyasına 45 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 824 min 127-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 49 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 975 nəfər təşkil edir.
Virusa yoluxmuş 813 min 872 nəfər (sutka ərzində +44) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 280 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 43 (ötən gün 2 min 329 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 365 min 617 test aparılıb.**
R.Əhmədov