Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə əlaqədar başsağlığı verib.
“Belarus Respublikasının xarici işlər naziri V.V.Makeyin vəfatını dərin təəssüf hissi ilə öyrəndim. Vladimir Vladimiroviç əsl diplomat, Belarusun vətənpərvəri və Azərbaycanın dostu idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - deyə C.Bayramov bu gün “Twitter” hesabında yazıb.
Makey noyabrın 26-da vəfat edib.*
R.Kərimov