Müdafiə Nazirliyi məlumat verib ki, şənbə günü Qarabağ regionundakı qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
“Dekabrın 3-ü saat 16:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeyi atıcı silahlardan atəşə tutulub”, - nazirliyin məlumatında deyilir.
MN-dən bildirilir ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən “adekvat cavab tədbirləri görülüb”. **
R.Kərimov