Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov cari il 13-14 dekabr tarixlərində “Avaza” milli turizm zonasında Türkmənistan- Azərbaycan-Türkiyə sammitinin keçirilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Türkmən istanın dövlət informasiya agentliyi (TDH) məlumat verir.
«Türkmənistan, Azərbaycan və Türkiyə arasında mehriban qonşuluq və qarşılıqlı anlayış prinsiplərinə əsaslanan çoxplanlı münasibətlərin və konstruktiv tərəfdaşlığın daha da inkişaf etdirilməsi və hərtərəfli möhkəmləndirilməsi, və dövlət başçılarının üçtərəfli sammitinin yüksək səviyyədə keçirilməsi məqsədilə Türkmənistan prezidenti sərəncam imzalayıb», - nəşr yazır.
Agentlik qeyd edir ki, sənədə əsasən Prezident Aparatının Işlər İdarəsinə ölkənin Xarici Işlər Nazirliyi ilə birgə Türkmənistan, Azərbaycan və Türkiyə dövlət başçılarının «Avaza» milli turizm zonasında üçtərəfli sammitinin yüksək səviyyədə keçirilməsini təmin etmək tapşırılıb. **
R.Kərimov