Müdafiə Nazirliyi məlumat verir ki, bazar gününə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfəndən sərhəddə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
“Dekabrın 4-ü saat 03:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub”, - məlumatda deyilir.
MN-dən qeyd olunur ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən “adekvat cavab tədbirləri görülüb”. **
R.Kərimov