04.12.2022 17:12

Bayramov Rusiyaya səfərə yola düşüb

Bazar günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Nazirlikdən qeyd edilib ki, səfər çərçivəsində Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüş keçirəcək və ikitərəfli tədbirlərdə iştirak edəcək.

Öncə məlumat verilib ki, bazar ertəsi Azərbaycan və Rusiya XİN başçıları arasında danışıqlar baş tutacaq. RF XİN-dən bazar günü verilən məlumata əsasən, Lavrov ilə Bayramovun görüşü zamanı “ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirə olunması, həmçinin regional və beynəlxalq gündəmin ən aktual cəhətləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri barədə fikir mübadiləsi aparılması planlaşdırılır".

«Bayramovun qarşıdakı səfərini etibarlı Rusiya-Azərbaycan siyasi dialoqunun davam etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi kontekstində nəzərdən keçiririk», - RF XİN-dən qeyd ediblər. **

R.Kərimov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.