Azərbaycanda koronavirus infeksiyasına 13 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 824 min 512-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 47 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 983 nəfər təşkil edir.
Virusa yoluxmuş 814 min 261 nəfər (sutka ərzində +14) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 268 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 878 (ötən gün 1 min 849 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 383 min 253 test aparılıb.*
B.Rüstəmbəyov