Baş prokuror Kamran Əliyev Qarabağa qanunsuz səfərlərin təşkilini və təbii sərvətlərin qanunsuz istismarının yolverilməzliyini bəyan edib.
Baş Prokurorluqdan verilən məlumata görə, bunu K.Əliyev Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşündə deyib.
K.Əliyev mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyətini, həmçinin Ermənistan tərəfindən ərazilərimizin minalanma prosesinin davam etdirilməsinin yolverilməzliyini qeyd edib.
Onun sözlərinə görə, 1-ci və 2-ci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini bildirib.
Baş prokuror, eyni zamanda, Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlara tam şəkildə riayət olunduğunu diqqətə çatdırıb.
“Görüş çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq mexanizmləri müzakirə edilib”, - deyə məlumatda vurğulanır.*
B.Rüstəmbəyov