Azərbaycanda koronavirus infeksiyasına 50 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 824,691 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 67 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9984 nəfər təşkil edir.
Virusa yoluxmuş 814,399 min nəfər (sutka ərzində +46) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 308 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1868 (ötən gün 2136 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 389,919 min test aparılıb.*
X.Nəsirzadə