Bakı-Naxçıvan-Bakı istiqamətində aviareyslər əlverişsiz hava şəraitinə görə təxirə salınıb. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindənməlumat verilib.
“Naxçıvan şəhəri üzərində ikinci gündür ki, davam edən əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən və uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə bütün reyslər təxirə salınıb”, - AZAL Facebook hesabında məlumat verib. **
İnformasiya şöbəsi