Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyev ilə ABŞprezidentinin milli təhlükəsizlik üzrəmüşaviri CeykSallivanarasında telefon danışığı baş tutub, tərəflər regionda baş verən prosesləri, o cümlədən, Bakı ilə İrəvan arasında sülh müqaviləsi ilə bağlı danışıqların gedişini müzakirə ediblər.
"Biz Azərbaycanla Ermənistan arasında ikitərəfli münasibətləri, regional təhlükəsizlik məsələlərini, münasibətlərin normallaşdırılması və sülh müqaviləsi ilə bağlı danışıqları nəzərdən keçirdik. Bəyan etdim ki, Azərbaycan regional sülh gündəliyini irəli sürməkdə qətiyyətlidir", - Hacıyev Twitter hesabında yazıb.
O, həmçinin qeyd edib ki, Azərbaycan vətəndaşları Laçın-Xankəndi yolunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı (Azərbaycanın Qarabağ regionunda - İF) və ətraf mühitə zərər vurması ilə əlaqədar hüquqi etiraz edirlər.
Hacıyev əlavə edib ki, Ermənistanın guya «blokada» ilə bağlı bütün iddiaları əsassızdır. **
X.Nəsirzadə