Azərbaycanda koronavirus infeksiyasına 90 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 826 min 401-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 62 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma sayı təxminən 45,2% artıb.
Ardıcıl dörd gün ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ölənlərin ümumi sayı 10 min 8 nəfər təşkil edir.
Virusa yoluxmuş 815 min 875 nəfər (sutka ərzində +67) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 518 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 779 (ötən gün 1 min 384 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 430 min 759 test aparılıb.**
R.Kərimov