Gürcüstanın baş naziri İrakli Qaribaşvili regional əməkdaşlıq platformasının yaradılması təşəbbüsünün irəli sürüldüyünü bildirib.
“Biz regionda uzunmüddətli sülhdə maraqlıyıq. Bu məqsədlə bizim dinc qonşuluq platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan – İF) yaradılması təşəbbüsümüz var”, - deyə o, bu gün İrəvanda Ermənistan-Gürcüstan Hökumətlərarası Komissiyasının iclasında bildirib.
Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, İ.Qaribaşvili qeyd edib ki, bu format digər format və təşəbbüsləri əvəzləməyəcək, əksinə, onların imkanlarını daha da gücləndirəcək, çünki regionda uzunmüddətli sülh və sabitlik bərqərar olacaq.*