Azərbaycanda koronavirus infeksiyasına 72 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 827 min 300-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 93 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər (ötən gün 5 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 10 min 45 nəfər təşkil edir.
Virusa yoluxmuş 816 min 763 nəfər (sutka ərzində +116) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 492 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 106 (ötən gün 1 min 633 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 455 min 670 test aparılıb.**
V.Əliyev