Energetika üzrə Avropa komissarı Kadri Simson bəyan edib ki, Aİ 2022-ci ildə bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda qaz alışını artırıb.
O əminliklə bildirib ki, Avropanın ən likvid qaz bazarında – TTF-də price cap işləyir - artıq qazın qiyməti bir MVt.saat üçün 62 avroya (min kubmetr üçün təxminən 700 dollar) enib. «Düşünürəm ki, bu qiymət səviyyəsi ilə sənayemiz sağ qala biləcək», - Simson Abu-Dabidə keçirilən konfransda bildirib.
O, etiraf edib ki, Avropa İttifaqı hökumətinin qarşısında hazırda sənayeni dəstəkləmək və Aİ-nin rəqabət qabiliyyətini təmin etmək çağırışı durur.
Avropa komissarının sözlərinə görə, Avropa ötən il Rusiya qazının tədarükünün azalması şəraitində satınalmaları şaxələndirib, enerji generasiyasında bərpa olunan mənbələrin payını artırıb, həmçinin qaza qənaət edib.
Belə ki, 2022-ci ildə Avropaya LNG şəklində 2021-ci ildə 81 milyard kubmetr ilə müqayisədə 134 milyard kubmetr qaz daxil olub. Əsas artım ABŞ-ın payına düşüb, həmçinin Norveç, Böyük Britaniya, Azərbaycanda satınalmalar artırılıb. O qeyd edib ki, gələcək üçün Misir və İsraillə memorandumlar imzalanıb. **