Azərbaycan 2022-ci ildə Rusiyanın Stavropol diyarından 375 min ton taxıl idxal edib.
“İnterfaks-Azərbaycan” agentliyi Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Regional İdarəsinə istinadən xəbər verir ki, 2022-ci ildə Stavropol diyarından 568,47 min ton taxıl ixrac olunub.
Azərbaycana 375,148 min ton taxıl (qarğıdalı, buğda, noxud, arpa, yulaf, darı) ixrac edilib. Beləliklə, Stavropol diyarından taxıl ixracının 66%-i Azərbaycanın payına düşüb.
“Bütövlükdə, 2022-ci ildə Azərbaycana taxıl tədarükü 24% azalıb”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə