ABŞ Dövlət Departamentinin spikeri Ned Prays bəyan edib ki, Vaşinqton Azərbaycanla Ermənistan arasında fikir ayrılıqlarının nizamlanması məqsədilə Bakı və İrəvanla danışıqları davam etdirir.
“Biz Ermənistan və Azərbaycanla (fikir ayrılıqlarının nizamlanması məqsədilə - İF) birbaşa danışıqları davam etdiririk”, - Prays çərşənbə axşamı ABŞ Dövlət Departamentinin brifinqində bəyan edib. “İnterfaks-Azərbaycan” agentliyi Praysın sözlərindən sitat gətirir.
O qeyd edib ki, müzakirələr “çoxtərəfli təsisatlar vasitəsilə tərəfdaşlarla ikitərəfli əsasda aparılır” və əlavə edib ki, ABŞ “bu çox kəskin məsələlərin həlli üçün mümkün olan hər şey etmək” niyyətindədir.
Onun sözlərinə görə, Vaşinton Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin vəziyyətinə dair yaxşı anlayışa malikdir və qeyd edib ki, Laçın yolu ətrafında vəziyyətin həlli zəruridir.
"Hesab edirik ki, bu dalandan çıxış yolunun tapıması zəruridir, bu həmin ərazidə yaşayan əhalinin təhlükəsizliyini və rifahını təmin edəcək və biz hesab edirik ki, irəliyə doğru yol, qeyd etdiyim kimi, danışıqlardan keçir. Biz, əvvəlki kimi, davamlı sülhün təmin edilməsi işinə sadiqik", - ABŞ Dövlət Departamentinin spikeri bildirib. **
R.Kərimov