Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hissein Brahim Taha ilə telefon danışığı zamanı Bakı ilə beynəlxalq təşkilat arasında əməkdaşlıq müzakirə olunub. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
“Telefon danışığı zamanı Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq, təşkilatın gündəliyində duran aktual məsələlər və gələcək planlar müzakirə mövzusu olub”, - XİN-in məlumatında deyilir.
Nazilrikdən qeyd olunur ki, tərəflər 2023-cü ildə də keçirilməsi nəzərdə tutulan tədbirlər, o cümlədən cari ilin mart ayında Mavritaniyada baş tutacaq İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu Zirvə toplantısına hazırlıq işləri barədə fikir mübadiləsi aparıblar. **
İnformasiya şöbəsi