"MİDA" MMC Sumqayıt və Lənkəranda yaşayış komplekslərində mənzillər üçün kombi isitmə sistemlərinin alışına 0,5 milyon manatdan çox vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyiwww.etender.gov.azportalına istinadən məlumat verir ki, “İntergral Plus” MMC ilə müvafiq müqavilə imzalanıb.
Müqaviləyə əsasən, şirkət MİDA üçün 701 ədəd kombi isitmə sistemi tədarük etməlidir. Müqavilənin icra müddəti – 6 aydır.
Müqavilənin dəyəri – 532 min 100,08 manatdır.
Lənkəran şəhərində yeni kompleks Akademik Zərifə Əliyeva küçəsində yerləşən 1,5 ha torpaq sahəsində inşa olunacaq.
Sumqayıt şəhərində növbəti güzəştli mənzil layihəsi 2 hektar ərazini əhatə edir. Burada doqquz, on iki və on altı mərtəbəli 11 bina inşa olunacaq. Mənzillərin ümumi sayı isə 466-dır. Ərazidə, həmçinin 90 yerlik uşaq bağçası da inşa ediləcək. **
N.Abbasova