Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı və İrəvan münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsi imzalamalıdır.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Artıq bu münaqişə həll olundu, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaq”, - Əliyev şənbə günü Bakıda Misir prezidenti Əbdülfəttah Əs-Sisi ilə mətbuata birgə bəyanatlarla çıxışında bildirib.
Əliyev qeyd edib ki, Azərbaycan ərzilərinin işğalına son qoyaraq, Ermənistanla sülhə daha da yaxınlaşıb. “Hələ ki, sülh əldə edilməyib. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzalanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər”, - Azərbaycan prezidenti əlavə edib. **
R.Əhmədov