Gələn il Türkmənistanda “Xəzər beşliyi” ölkələrinin parlamentlərinin konfransının keçirilməsi planlaşdırılır. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
“Ümid edirik ki, Xəzəryanı ölkələrin parlament sədrlərinin iştirakı ilə konfrans növbə ilə hər bir ölkədə keçiriləcək. Arxadağ Qurbanqulu Berdiməhəmmədovun dəstəyini alaraq bu gün konfransın 2024-cü ildə Türkmənistanda keçirilməsi mümkünlüyünü müzakirə edirik”, - deyə Volodin yanvarın 30-da Türkmənistan Məclisinin deputatları qarşısında çıxışı zamanı bildirib.
Dövlət Dumasının spikerinin sözlərinə görə, Xəzərin yüksək geosiyasi və iqtisadi əhəmiyyəti, “Xəzər beşliyi” (Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran) çərçivəsində əməkdaşlıq bu gün xüsusi rol oynayır.
““Xəzər beşliyi” parlament ölçüsünün yaradılması beş ölkənin liderləri arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinə kömək edəcək”, - deyə o qeyd edib.*