Maliyyə Nazirliyi 2022-ci ildə aparılmış yoxlamalar zamanı 225,71 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkarlayıb.
Yanvarın 30-da Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında qeyd olunub ki, 2022-ci ildə nazirlik tərəfindən 185 obyektdə yoxlamalar aparılıb.
“İl ərzində ümumilikdə 185 nəzarət obyektində aşkar olunmuş 225,71 milyon manat məbləğində artıq və əsassız ödənişlərin 35,1 milyon manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə bərpası təmin edilib”, - deyə Maliyyə Nazirliyinin məlumatında qeyd olunur.
Nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür.*
X.Nəsirzadə