2023-cü il yanvarın 31-nə Azərbaycanda pul bazasının həcmi 16 milyard 884,9 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2022-ci ilin sonuna pul bazasının həcmi 17 milyard 460,3 milyon manat təşkil edib. Beləliklə, 2023-cü ilin yanvar ayında pul bazası 3,3% azalıb.
2022-ci ildə Azərbaycanda pul bazası 2,7% azalıb.*
X.Nəsirzadə