"ADA" Universiteti universitetin ərazisində "Cənub Kampusu" layihəsi çərçivəsində yeni tədris binalarının (F və G binaları) ümumtikinti işləri üçün "Ricon" MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən məlumat verir ki, şirkətlə 9 milyon 342,559 min manat dəyərində müqavilə bağlanıb.
İki tədris binasının tikintisi üzrə bütün işlər 16,5 ay ərzində yerinə yetirilməlidir. **
X.Nəsirzadə