Cari ilin mart ayında Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın beşinci iclası Praqa şəhərində keçiriləcək. Bu barədə bazar ertəsi Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek məlumat verib.
“Azərbaycan-Çexiya Hökumətlərarası Komissiyasının iclası mart ayında Praqada keçiriləcək”, - Azərbaycan KİV səfirin sözlərindən sitat gətirir.
Öncə Sedlaçek məlumat verib ki, Hökumətlərarası Komissiyanın 5-ci iclası fevralda baş tutacaq.
Son dəfə Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın icasl 18 yanvar 2017-ci ildə Bakıda keçirilib. **
R.Kərimov