İrəvan sülh müqaviləsi ilə bağlı ötən ilin sonunda göndərilmiş təkliflərə Bakıdan cavab alıb. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Biz sülh müqaviləsi ilə bağlı təkliflərimizi Azərbaycana göndərmişik. Bir neçə gün bundan əvvəl biz Azərbaycandan növbəti cavab və təkliflər almışıq”, - deyə o, bu gün Berlində Almaniya xarici işlər naziri Annalena Berbok ilə birgə mətbuat konfransında bildirib.
Mirzoyanın sözlərinə görə, hazırda Ermənistan tərəfi mətn üzərində işləyir.
“Biz bölgədə sülhün bərqərar olması istiqamətində səylərimizdə qətiyyətliyik və bu səyləri davam etdirəcəyik”, - deyə o qeyd edib.*